Kintsugi Psixologiya
Qırılmamaq deyil, onları zamanla və səbirlə sağlam şəkildə birləşdirə bilməkdir bizi mükəmməl edən. Günlük həyatınızda ən az bir dəfə də olsun bəhsi keçən ”psixoloji mövzular”ı istədiyiniz zaman və istədiyiniz yerdə dinləyə biləcəksiniz. O qırıqları birləşdirmək isə hər zaman öz əlinizdə olacaq.
Episodes

Sep 1, 2023
Sep 1, 2023
17 min
Əksər hallarda indiki və uşaqlıq yaşantılarımız arasında bir bağlantı olur. Yəni indiki davranışlarımızı anlamaq üçün ilk öncə içimizdəki uşağı anlamalıyıq. Gəlin o uşağı "Toksik Valideynlik" seriyası ilə kəşf edək. Kitab üçün linkə daxil olun: https://bitly.cx/xis8f

Aug 24, 2023
Aug 24, 2023
19 min
Münasibətlərdə dərin izlər buraxa bilən, bəzən sonlanması, bəzən isə yenidən bərpası ilə nəticələnə bilən xəyanətdən bəhs etdim. Xəyanətə səbəb olan faktorlardan danışmaq qətiyyən onu doğrulamaq və onu normallaşdırmaq məqsədi daşımır.

Aug 15, 2023
Aug 15, 2023
28 min
Uşaqlıq dövründə meydana gələn izlər bəzən yetişkinlikdə də davam edir. Bu epizodda valideynin uşağa qarşı münasibəti və davranışları, uşağın temperamenti, valideynlik stilləri kimi müxtəlif altbaşlıqları ələ alaraq, erkən uşaqlıq dövründəki sosial-emosional inkişafdan bəhs etdim. İstinad üçün linkə daxil olun: https://bitly.cx/O7iab

Aug 8, 2023
Aug 8, 2023
24 min
Bəlkə də hamımızın zaman zaman eşitdiyi, bildiyi vəya yaşadığı, amma adlandıra bilmədiyi bu şiddət növündən, yaranma səbəblərindən və ortaya çıxardığı nəticələrdən bəhs etdim. İstinad üçün linkə daxil olun: https://bitly.cx/mYjs

Aug 1, 2023
Aug 1, 2023
13 min
Başından sonuna qədər özüm haqqında danışdığım ilk və bəlkə də tək epizodda psixologiyaya hansı yollardan keçərək gəldiyimdən qısaca bəhs etdim. Növbəti planlar isə fərqlidir.









